“Qərbi Azərbaycan” İcması: Ermənistan təhlükəli siyasətdən əl çəkməsə, Qərbi Azərbaycan hökuməti təsis edəcəyik

3 sentyabr 2024 - 18:00
Əcəb!... Naxçıvanlılara, Yerazlılara “mojnadır”, Talışlar üçün isə separatçılıq!

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Cənubi Qafqazda dövlət qurub hökümətlik etmək yalnız Naxçıvanlılara və Yerazlara məxsusdur. Bu bölgədə yaşayan sair xalqlara isə mədəni muxtariyyat belə təsis etmək istədikdə “separatçılıqda” və “vətənə xəyanətdə” ittiham olumaraq “xalq düşməni” damğasına, xeyli hallarda da xalqın başbilən, nüfuzlu oğullarının terror edilməsi ilə üzləşir. Buna misal olaraq Talış Xalqının görkəmli professoru Novruzəli Məmmədovu və ailə üzvlərini misal çəkmək olar...

Nə isə, keçək “əsas mətləbə”. Deməli "Report" xəbər verir ki, “Qərbi Azərbaycan” İcması bəyanat yayaraq bildirib:

“Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüqüqunu danmasını kəskin şəkildə pisləyirik.”

Bəyanatda həmçinin qeyd olunub ki, İcma son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib:

"Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!