Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Rüstəm Əsgərovun məhkəməsində qarşıdurma yaşanıb. Məhkəmənin açıq keçirilməsinə baxmayaraq ailə üzvülərinin məhkəmə salonuna buraxılmaması narahatlıqla qarşılanıb.

21 oktyabr 2024 - 02:20
Şiə olduğu üçün şərlənərək həbs edilən Rüstəm Əsgərovun məhkəməsində insident yaşanıb Atası və qardaşı saxlanılıb

Əhli-Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi -ABNA: Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Rüstəm Əsgərovun məhkəməsində qarşıdurma yaşanıb. Məhkəmənin açıq keçirilməsinə baxmayaraq ailə üzvülərinin məhkəmə salonuna buraxılmaması narahatlıqla qarşılanıb. 

Heç bir səbəb göstərilmədən məhdudlaşan məhkəmədə şahidlər dindirilib. Şahid qismində Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin üzvləri Rüstəm Əsgərovun saxlanılması ilə bağlı ifadə verib. 

İdarə işçiləri inanclıya qarşı saxta ittihamlarla güya saxlanılan zaman üzərindən narkotik vasitələrin götürüldüyünü bildiriblər. Rüstəm Əsgərov isə ittihamları yalanlayaraqar inanclı olduğunu, heç bir narkotik vasitələri tanımadığını söyləyəyib. 

Polis şahidlərindən birinin məhkəmə salonundan çıxışı zamanı koridorda durmuş Rüstəmin anasına “Oğlu cinayətkardır, cəzalanacaqda” söyləməsi qarşıdurmaya səbəb olub. Onun bu sözünə etiraz edən anaya polisin hədəsi ananın səbrini daşıdıb.

Polis üzərinə yeriyən ana ilə polis işçisinin mübahisəsində ananı sakitləşdirməyə çalışan həyat yoldaşı Əsgər və oğlu Rəsul Əsgərov çox çəkməyib ki, ərazi polis idarəsinin işçiləri tərəfindən saxlanılıb. 

Hal-hazırda polis idarəsinə aparılan Əsgərov ailəsinin üzvüləri hələ ki, şübhəli şəxs qismində olan Rüstəm Əsgərova cinayətkar töhməti vurulmasına etirazı şübhəsiz narahatlığa səbəb olacaqdı.

Acınacaqlısı isə məhkəmə qərarı olmadan qanun keşikçisinin yaşlı ananı manipulyasiya edərək onu özündən çıxaracaq addımlar atmasıdır.

Xatırladaq ki, Rüstəm Əsgərov ölkədə anti-islam çərçivəsində davam edilən həbslər çərçivəsində 2024-cü il 12 aprel tarixində yaşadığı Ceyranbatan ərazisində saxlanılıb. 

Narkotiklərlə bağlı ittiham olunan gənc MBH ailəsinin sayı 78-ə çatan həbs olunan üzvlərindən biridir. Bəzi məlumatlara görə, Rüstəmin ailəsini şöbədən buraxmaq üçün xüsusi kəşfiyyat orqanlarının işçiləri (polislər) külli miqdarda pul tələb ediblər.