Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın “Kövsər” və “Hud-hud” peykləri Rusiyanın “Soyuz” buraxılış aparatı ilə kosmosa göndərildi.
Bu İranın özəl kosmik sektorunun peyk istehsal edib kosmosa buraxılması üçün ilk cəhdidir ki, bu da İranın kosmik sənayesində ciddi addım hesab olunur.
Kövsər peyki kənd təsərrüfatı, təbii sərvətlər, mədənlər, ətraf mühit və böhranların idarə edilməsi kimi müxtəlif tətbiqlər üçün nəzərdə tutulmuş yüksək ayırdetmə sensoru peykidir.
Hud-hud peyki rabitə şəbəkələri işlərində, o cümlədən peyk şəbəkələrini əlaqələndirmək və interneti yaratmaq üçün nəzərdə tutulmuş kommunikasiya proqramları olan kiçik peykdir.
Bu peyk yerüstü rabitə şəbəkələrinə çıxışın məhdud olduğu ucqar və əlçatmaz ərazilərdə rabitə xidmətləri göstərə bilər.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
![](https://media.abna24.com/old/image/jpeg/2024/November/5/3de7ad86-2c71-4211-922a-3f9d684bf039.jpg)