Bəşşar Əsəd də həmçinin İran İslam Respublikasının Xarici İşlər Nazirinin hazırkı həssas vəziyyətdə Suriyaya səfərini çox mənalı və sionist rejimə qarşı İran İslam Respublikasının daim Müqavimət Mehvəri ölkələri yanında duruşunu təqdirəlayiq hesab edib.

2 dekabr 2024 - 03:20
Seyyid Abbas Əraqçi Dəməşqdə Bəşər Əsədlə görüşüb / İİR-ın Suriya hökuməti və xalqına hərtərəfli dəstəyi vurğulanıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Diplomatik heyətin başçılığı ilə Dəməşqə səfər edən İran İslam Respublikasının Xarici İşlər Naziri Doktor Seyyid Abbas Əraqçi bu bazar günü axşam Suriya Ərəb Respublikasının Prezidenti Doktor Bəşər Əsədlə görüşüb.

Görüşdə ölkəmizin Xarici İşlər Naziri Ali Məqamlı Rəhbərin və İran İslam Respublikasının möhtərəm Prezidentinin səmimi salamlarını çatdırmış, ölkəmizin Suriya hökumətinə və xalqına hərtərəfli dəstəyinin davam etdiyini, sionist rejim və terrorçu qrupların təcavüz və işğalçılığına qarşı müqavimətin davam etdiyini vurğulamışdır.

O, bu strateji yanaşmanı, regionda sabitliyin və təhlükəsizliyin qorunması və bütün region ölkələrinin təhlükəsizliyinin dəstəklənməsi istiqamətində xarakterizə edib.

Bəşşar Əsəd də həmçinin İran İslam Respublikasının Xarici İşlər Nazirinin hazırkı həssas vəziyyətdə Suriyaya səfərini çox mənalı və sionist rejimə qarşı İran İslam Respublikasının daim Müqavimət Mehvəri ölkələri yanında duruşunu təqdirəlayiq hesab edib.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!