Bəşşar Əsəd bazar ertəsi, dekabrın 16-da “Suriya Rəyasət Heyətinin Teleqram kanalı”ndan yayımladığı bu bəyanatında son anlara qədər Suriyada qaldığını və ölkəsindəki vəziyyəti izlədiyini və dekabrın 8-i axşama qədər Suriyanı tərk etmədiyini, lakin Moskvanın Hmeymim bazasının komandanlığına verdiyi əmirindən sonra Suriyadan çıxmalı olduğunu vurğulayıb.

16 dekabr 2024 - 14:30
Bəşşar Əsədin Suriyadan getdikdən sonra ilk açıqlaması: Mən Suriyanı tərk etmək niyyətində deyildim. Rusiya məni ölkədən çıxartdı

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Suriyanın terrorçular tərəfindən devrilmiş prezidenti ölkəsini tərk etdikdən və hökumətinin dağılmasından sonra verdiyi ilk bəyanatında belə deyib: “Mən, işimi davam etdirmək üçün Dəməşqdən Hmeymim bazasına (Rusiyanın nəzarəti altında, Suriyanın qərbində) hərəkət etdim, lakin ordunun son mövqelərinin süqut etməsi ilə Moskva 8 dekabr, 2024 tarixdə, axşam saatlarında baza komandanlığından dərhal Moskvaya getməyi xahiş etdi."

Bəşşar Əsəd bazar ertəsi, dekabrın 16-da “Suriya Rəyasət Heyətinin Teleqram kanalı”ndan yayımladığı bu bəyanatında son anlara qədər Suriyada qaldığını və ölkəsindəki vəziyyəti izlədiyini və dekabrın 8-i axşama qədər Suriyanı tərk etmədiyini, lakin Moskvanın Hmeymim bazasının komandanlığına verdiyi əmirindən sonra Suriyadan çıxmalı olduğunu vurğulayıb.

O, Dəməşqi işğal edən, hazırda Suriyanın böyük bir hissəsinə nəzarət edən ünsürləri terrorçu adlandırıb və ölkəsinin təxribatçıların nəzarəti altında olduğunu yazıb.

Bəşşar Əsədə qarşı terrorçular noyabr ayının 8-də, təxminən on ilə yaxın əllərində saxladıqlıarı Suriyanın şimal-qərbindəki İdlib şəhərindən hərəkətə başlayaraq, 11 gün ərzində Hələb, Həma və Humusu ələ keçirərək Dəməşqə daxil oludular.

ABŞ, Qərb və əksər dünya medialarında “müxalifət üsyançıları” adı ilə səsləndirilən terrorçular üzərində üstünlük təşkil edən “Heyət Təhrir əl-Şam” terrorçu qruplaşmanın komandiri Əbu Məhəmməd əl-Colani ləqəbli Əhməd əl-Ş`ər Bəşşar Əsədin gedişindən sonra işlərin idarəçiliyini öz üzərinə götürüb və Əsəd tərəfindən təyin olunmuş hökuməti Baş nazir Məhəmməd əl-Bəşirin rəhbərlik etdiyi keçid hökumətinə təhvil verib.

Rusiya rəsmi olaraq bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin razılığı ilə Bəşşar Əsəd və onun həyat yoldaşı və uşaqlarına sığınacaq verib.

Bəşşar Əsəd verdiyi açıqlamasında Suriyanı tərk etməsinin planlaşdırılmadığını və "hadisələrin heç bir məqamında geri çəkilmək və ya sığınacaq axtarmağı düşünmədiyini" vurğulayıb.

O, həmçinin ölkəni tərk etmək təklifinin “ona heç bir şəxs və ya tərəf tərəfindən təqdim olunmadığını” qeyd edib.

Bəşşar Əsəd bildirib ki, o, həmin o adamdır ki, 2011-ci ildə, ABŞ, sionist İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı və s. xarici dövlətlər tərəfindən Suriyada başladılan qanlı və ağır müharibə illərindən bu günə kimi daim millətini xilas etməyə çalışan və özünü təhlükəyə atan və ya şəxsi mənfəət üçün bir çox şirnikləndirici təklifləri rədd etdi.

Bəşşar Əsəd “terror hücumları ilə mübarizə aparmağı” yeganə praktik həll yolu bildiyini və bununla məşğul olduğunu da bildirib.

Reuters xəbər agentliyi, Bəşşar Əsədin Dəməşqi tərk etməsindən bir neçə gün sonra o vaxtkı hökumətin çoxlu sayda yüksək rütbəli rəsmiləri və İslam Respublikasına bağlı bir neçə məmurun verdikləri bəyanatlarına istinadən verdiyi xəbərdə bildirib: “Bəşşar Əsəd, dekabrın 7-də, Dəməşqdə, Müdafiə Nazirliyi binasında təhlükəsizlik və hərbi qüvvələrinin komandirləri ilə görüş keçirib və onlara bildirib ki, Rusiyanın əlavə qüvvələri yoldadır. Və Suriya ordusu yalnız ruslar gələnə qədər müqavimət göstərməlidir.”

Həmin şənbə günü axşam terrorçu qüvvələr Homsu keçərək Dəməşqin qapılarına çatmışdılar.

Reuters-in araşdırmasına görə, Bəşşar Əsəd Müdafiə Nazirliyinin iclasından sonra qərargah rəisinə evə getdiyini deyib və həm də onun çıxışını yazmaq üçün baş mətbuat müşaviri Besina Şabanı iqamətgahına çağırıb, lakin O, evə getmək əvəzinə, Dəməşqdən təyyarə ilə Latakiyadakı Rusiya aviabazasına gedib və xanım Şaban prezident sarayına gələndə Bəşşar Əsəd artıq orada olmayıb.”

Reuters əlavə edib ki, Bəşşr Əsədin qardaşı və ordusunun yüksək səviyyəli komandirlərindən biri olan Mahir Əsəd qardaşının qaçmasından xəbərsiz olub, lakin o, dekabrın 18-i axşam saatlarında helikopterlə dərhal İraqa gedib və oradan da Rusiyaya qaçıb.

Məlum deyil ki, Vladimir Putin Mahir Əsədə sığınacaq verib, ya yox?

Bəşşar Əsəd açıqlamasında (Dəməşqdən Latakiyaya gedən uçuş yolunda) Suriya ordusu qüvvələrinin mövqelərini tərk etdiyini gördüyünü yazıb.

O, əlavə edib: “Mən, ora çatanda Hmeymim bazası “pilotsuz təyyarələrin şiddətli hücumuna məruz qaldı” və ruslar Moskvadan əmr aldıqdan sonra məni təyyarə ilə Moskvaya aparmağa qərar verdilər.”

Bəşşar Əsəd Suriyanı tərk etməsini "gözlənilməz" adlandırıb.

Suriya Prezidenti terrorçular İdlibdən Hələbə çatdıqdan bir gün sonra Moskvaya gedib və Vladimir Putinlə görüşüb.

Bəşşar Əsəd açıqlamasında Suriya Ordusuna terrorçu ünsürlərlə müharibədə döyüş xəttindən geri çəkilməyi əmr etmədiyini, lakin onun əsgərlərinin mövqelərini tərk etdiyini və öz gözləri ilə “ordunun son mövqelərinin süqut etdiyini” müşahidə etdiyini yazıb.

Suriyanın Prezidenti vurğulayıb ki, "ölkənin süqutu və terrorçuların əlinə keçməsi ilə" prezident postu heç bir məna daşımır.

Bəşşar Əsəd açıqlamasında qeyd edərək vurğulayıb: “Mən Fələstin və Livanın müqavimətini heç vaxt tərk etməyən və onun yanında olan, müttəfiqlərinə xəyanət etməyən biriyəm.”

“Mən, öz xalqımı tərk edə bilmərəm, mənsub olduğum orduya və millətə xəyanət edə bilməm”, - deyə o, gələcək planlarından bəhs etmədən yazıb.

Sonda Bəşşar Əsəd “Suriya yenidən azad və müstəqil olacağına” ümid etdiyini bildirib.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!