Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Dünyada “Şər Oxu olan”, Böyük Şeytan Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı- “Centcom” şənbə günü axşam, dekabırın 21-də Sənaya hücum təşkil edib. Bu hücumda işğalçı Amerika döyüş təyyarələrinin vasitəsi ilə İranın dəstəklədiyi husilərin anbar və raket komandanlıq mərkəzlərini hədəf aldığını iddia edib.
Centcom-un hesabatına görə, bu hücumlarda hava qüvvələri F-18 təyyarələri və dəniz gəmilərinin köməyi ilə Sənada nəzarəti altında olan ərazilərdə husilərin idarə etdiyi raket anbar mərkəzinə və komanda-nəzarət mərkəzinə hücum təşkil edib.
CENTCOM işğalçı qüvvələri bu zərbələri husilərin faşist İsrail rejiminə qarşı keçirtdiyi əməliyyatlarını pozmaq və məhv etmək, Cənubi Qırmızı dəniz, Bab əl-Məndib və Ədən körfəzində işğalçı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmilərinə və ticarət gəmilərinə qarşı növbəti hücumların qarşısını almaq üçün həyata keçirdiyini deyib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!