İnqilab Rəhbəri: "Sionist ünsürü özünü qalib göstərir, bədbəxt! Siz harada qələbə qazandınız? Qəzzada qalib gəldiniz? HƏMAS-ı məhv etdiniz? Yoxsa öz əsirlərinizimi azad etdiniz? Qırx neçə min insanı öldürsün, lakin bir hədəfini belə həyata keçirə bilməsin, budurmu qələbə?!"

23 dekabr 2024 - 03:10
Əhli-beyt (ə) məddahlarının İmam Xamenei ilə görüşündə: İranın niyabəti qüvvələri yoxdur!

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu günündə bir qrup Əhli-Beyt (ə) məddahı 22.12.2024-cü il tarixdə bazar günü səhər saatlarında İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.

İmam Xamenei bu görüşdə Amerikanın dünya hökumətləri üçün məkirli proqramını açıqlayaraq bildirib:

"Amerikanın ölkələrə hakim kəsilmək proqramı bu ikisindən biridir: ya onlarla saziş edən, dialoqa girən və ölkə mənafelərini aralarında bölüşdürən fərdi diktatorluq hökuməti yaratmaqdır, ya da hərc-mərclik və iğtişaş icad etmək. Suriyada isə iğtişaşa gətirib çıxardılar".

O Həzrət İran xalqının iğtişaş edənləri əzəcəyini bildirərək vurğulayıblar:

"Amerika rəsmilərinin bir ünsürü deyir ki, İranda iğtişaş edən hər kəsə biz kömək edərik. İran milləti bu zəmində Amerika muzdurluğunu qəbul edən hər kəsi öz möhkəm ayaqları altında əzəcəkdir".

İnqilab Rəhbəri müqavimətin kimin üçün isə deyil məhz imanına görə döyüşdüyünü vurğulayaraq buyurublar:

"Deyirlər ki, İran regiondakı niyabəti (proksi) qüvvələrini əldən verdi, halbuki İranın niyabəti qüvvələri yoxdur. Yəməni döyüşə imanı, Hizbullah, HƏMAS və Fələstin İslami Cihadını isə əqidələri vadar edir".

Ayətullah Xamenei İranın niyabəti qüvvələrə ehtiyacının olmadığını qeyd edərək bildirdilər:

"İran İslam Respublikasının niyabəti (proksi) qüvvələri yoxdur. Biz əgər bir gün düşmənə qarşı döyüşə qalxmaq istəsək, proksi qüvvələrə ehtiyac yoxumuzdur".

O Həzrət suriyalı gənclərin düşmən müqabilində əzmlə dayanmalı olduqlarını vurğuladı:

"Suriyalı gəncin əldən verəcəyi bir şeyi yoxdur. Universiteti, məktəbi, evi və ümumiyyətlə, həyatı əmniyyətsizdir. Yaxşı, nə etsin? Bu əmniyyətsizliyi planlaşdıran və meydana gətirənlərin qarşısında möhkəm əzmlə dayanmalıdır və inşallah, onlara qalib gələcəkdir".

İnqilab Rəhbəri sionistlərin heç bir qələbəyə yetişmədiyini xatırladaraq qeyd etdilər:

"Sionist ünsürü özünü qalib göstərir, bədbəxt! Siz harada qələbə qazandınız? Qəzzada qalib gəldiniz? HƏMAS-ı məhv etdiniz? Yoxsa öz əsirlərinizimi azad etdiniz? Qırx neçə min insanı öldürsün, lakin bir hədəfini belə həyata keçirə bilməsin, budurmu qələbə?!"

İmam Xamenei sözlərinin davamında belə buyurdu:

"Siz sionistlər qalib deyilsiniz, əksinə, məğlubsunuz. Bəli, Suriyada qarşınızda təkcə bir silahlı əsgər belə olmadı və bir neçə kilometr irəliləyə bildiniz. Bu, qələbə deyil və təbii ki, Suriyanın şücaətli və qeyrətli gəncləri, şübhəsiz, sizi buradan qovub çıxaracaqlar".

Qərbi Asiyanın sabahı yaxşı olacağını qeyd edən o Həzrət belə qeyd etdilər:

"Qərbi Asiya regionunun sabahı Allahın lütfü ilə bugünkündən daha yaxşı olacaqdır".

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!