Səna şəhəri yenidən güclü bombardmana məruz qalıb.

28 dekabr 2024 - 03:00
Amerika və Britaniya aviasiyası Yəmənin paytaxtına zərbələr endirib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən mənbələri bu gecə Amerika və Britaniya koalisiyasının Yəmənin paytaxtı Sənaya güclü hava hücumları təşkil etdiyini açıqlayıb.

Əl-Məsirə telekanalı xəbər verib: Amerika və İngiltərə Sanada müəyyən bir ərazidə 21 sentyabr Parkını hədəfə alıb.

Ərəbcə Sky News kanalı elan edib: Sənaya endirilən hava zərbələri İsrail tərəfindən deyil.

Sionist rejimin 12-ci kanalı xəbər verib ki, Sənada müxtəlif mövqelər bombalanıb və görünür, bu hücumlar ABŞ tərəfindən həyata keçirilib.

Rianovosti xəbər agentliyi də Sənanın şimalındakı bir dəstək kazarmasının hədəf alındığını bildirib. Rianovosti Yəmən paytaxtının şimalında 1-ci zirehli diviziyanın qərargahının bombalandığını da açıqlayıb.

Qeyd edək ki, dünən cümə günü faşist İsrail rejim qırıcıları ABŞ və Britaniya koalisiyasının tam dəstəyi ilə Səna hava limanını və Hudeyda limanını bombalayıb.

İbranidilli mənbələr bu hücumu Yəmənə qarşı ən geniş hücum adlandırıb və bu hücumda onlarla israilli döyüşçünün iştirak etdiyini təsdiqləyib.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!