Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri verdiyi açıqlamada Yəmənin əl-Beyda əyaləti üzərində əməliyyat zamanı Amerikaya məxsus MQ-9 pilotsuz təyyarəsinin məhv edildiyini açıqlayıb.
Belə ki, bu əməliyyatda Yəmən hərbi sənaye mütəxəssisləri tərəfindən hazırlanmış yer-hava raketindən istifadə edilib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü il, Əl-Əqsa Rufanı əməliyyatı başlayan gündən bu yana bu vurulan PUA Yəmən Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulan 13-cü MQ-9 pilotsuz təyyarəsidir, ümumilikdə isə bu, Yəmən tərəfindən vurulan 17-ci MQ-9 pilotsuz təyyarəsidir.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!