17 oktyabr 2024 - 02:50
Hizbullahın sionist hərbçilərə qarşı ölümcül pusqusunda ən azı 20 İsrail əsgəri və zabiti gəbərib və yaralanıb

Faşist İsrail ordusu 10 helikopterlə gəbərən və yaralanan zabit və əsgərlərinin leşlərini Hayfa və Təl-Əvivdəki xəstəxanalara çatdırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hizbullah, Livanın cənubunda, Şiələrin kompakt yaşadıqları bölgədəki Əl-Quzəh şəhəri ətrafında işğalçı faşist sionist əsgərlər üçün ölümcül pusqu qurublar.

Məlumata əsasən, çoxlu sayda sionist zabit və əsgərləri Hibullah döyüşçülərinin sıfır məsafədən açdıqları atəş nəticəsində gəbərdilib və ağır yaralanıb.

Faşist İsrail ordusu 10 helikopterlə gəbərən və yaralanan zabit və əsgərlərinin leşlərini Hayfa və Təl-Əvivdəki xəstəxanalara çatdırıb.

İbrani mənbələri Hizbullah döyüşçülərinin bu uğurlu pusqusunda ən azı 5 sionist zabitin öldürüldüyünü və daha 15 əsgərin yaralandığını bildirib.

Qeyd edək ki, faşist İsrail rejimi 2024-cü il oktyabrın 1-i, çərşənbə axşamı səhər saatlarında Livanın cənubunda Livan Hizbullah qüvvələrinə qarşı quru əməliyyatına başladığını elan edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!