Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livanın İslami Müqavimət Əməliyyatları Palatası sionist işğalçı orduya qarşı son müharibəsi ilə bağlı hesabat yayıb.
Hizbullahın hesabatında bildirilir: “Sionist rejimin Livanın cənubunda quru əməliyyatı başlayandan indiyədək düşmənin 100-dən çox zabit və əskəri məhv edilib, min nəfəri isə yaralanıb. Bu statistikaya sionist rejimin bazalarda, mövqelərində, hərbi kazarmalarında, qəsəbələr və işğal etdikləri Fələstin şəhərlərindəki itkiləri daxil deyil.”
Hizbullahın hesabatında bildirilir ki, bu müddət ərzində 43 Merkava tankı, səkkiz hərbi buldozer, iki “Hummer” hərbi maşını, iki zirehli maşın və iki personal daşıyıcı məhv edilib. Səkkiz Hermes 450 və iki Hermes 900 pilotsuz təyyarəsi də vurulub.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!