Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mehr Xəbər Agentliyinin Əl-Cəzirə Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib:
“Biz Suriya müxalifətinin (Suriyada mövcud olan terrorçu qrupların) bütün müxtəlif spektrləri ilə əlaqə saxlamışıq və Suriya xalqının tələblərinin yerinə yetirilməsini istəyirik!”
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü ABŞ-ın yaratdığı İŞİD terror qruplaşması ilə bağlı iddia edib:
“Suriyada İŞİD-ə qarşı hücumlarımızın davam edəcəyini gözləyirik; Biz onlara təzyiq etməyə davam edəcəyik!”
O əlavə edib:
“ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bu gün Qəzzada məhbusların ailələri ilə görüşəcək. İnanırıq ki, Qəzzada atəşkəsə nail olmaq və məhbusları azad etmək imkanı var və buna nail olmaq üçün hələ çox iş görməliyik.”
Amerikalı məmur Con Kirbi dünya ictimaiyyətini həmişəki kimi açıq-aşkar aldadaraq faktları dəyişdirmək cəhdi ilə iddia edib: “Həmas Qəzzada atəşkəsə nail olmaq üçün hələ də əsas maneədir!”
Qeyd edək ki, Con Kirbinin “Həmas Qəzzada atəşkəsə nail olmaq üçün hələ də əsas maneədir!” iddiası Qəzzada müharibənin daha da şiddətlə davam edəcəyinə sübutdur. İsrail faşist rejimi aradan getməyincəyə qədər Qəzzada müharibə dayanmayacaqdır!
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!