İraq Radio və Televiziya Birliyinin rəhbəri: "Bölgənin həssas şəraitini və qlobal hadisələri nəzərə alaraq, iranlı qardaşların gələn il İraqda, İmam Hüseyn əleyhissəlamın Ərbəin mərasiminə 10 milyon insan gətirməsini, İslam dünyasının düşmənlərini məyus etmələrini və iki dost və qardaş ölkə arasında birliyin daha da möhkəmlənməsini gözləyirik. İraq xalqının evinin qapısı Seyid əş-Şühədanın (əleyhi səlam) zəvvarlarının üzünə açıqdır."

17 dekabr 2024 - 16:40
Məşhəd şəhərində Ərbəin Mədəni Fəallarının 4-cü Beynəlxalq Konfransı
Əhli Beyt əleyhimus səlam Beynəlxalq Xəbər Agentliyi -ABNA: Dekabrın 11-dən 13-dək Məşhəd şəhərində, 10 İslam ölkəsindən 300 mədəni, təbliğat, araşdırma, media və virtual məkan fəalının iştirakı ilə Ərbəin Mədəniyyət Fəallarının 4-cü Beynəlxalq Konfransı keçirilib.


Yüksək fəryadlı və bənzərsiz və bərabəri olmayan bir konqres

İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf bu konfransa müraciətində deyib: "Ərbəin zəvvarların, paklıq və ismət ailəsini (əleyhimus-səlam) sevən zəvvarların iştirakı ilə milyonlarla insanın vahid bir yürüşə toplanması bu günkü günün səs-küylü dünyasında bənzərsiz bir konqres, gur və misilsiz hayqırtı kimi dünyanın azad insanlarının qəlblərini cuşa gətirir."

Ərbəin qərargahının mədəniyyət komitəsinin rəhbəri Hüccətül-islam vəl-müslimin Həmid Əhmədi də konfransda nitq söyləyərək qeyd edib: "İmam Hüseynin böyük Ərbəin hərəkatı Aşura mədəniyyətini müasir sivilizasiyanın və İslami Dövlət quruculuğunun təməli kimi tanıtmaq üçün gözəl fürsətdir. Ərbəin İran və İraq xalqı ilə hökuməti arasında bütün sahələrdə daha böyük birlik gətirdi ki, bu da təqdirəlayiqdir."

O, çıxışına davam edərək bildirib: "Ərbəin mədəni fəallarının konfransında iştirak edənlərin sevimli və aktual mövzularından biri, dövlətlərin Ərbəin mərasiminin icrasına heç bir müdaxilə etməməli, hansısa bir işi öhdəsinə götürməkdən çəkinməlidir. Əksinə, dövlətlər sadəcə mərasimlə əlaqədar təhlükəsizliyin təmin edilməsi formasında işlərin asanlaşdırılması və dəstəklənməsinə yardım etməlidirlər.


Biz 10 milyon iranlı Ərbəin zəvvarını qəbul edə bilərik

İraq Radio və Televiziya Birliyinin rəhbəri Höccətül-islam vəl-müslimin Seyid Həmid Hüseyni də bu konfransda çıxış edərək bildiriblər: "Bölgənin həssas şəraitini və qlobal hadisələri nəzərə alaraq, iranlı qardaşların gələn il İraqda, İmam Hüseyn əleyhissəlamın Ərbəin mərasiminə 10 milyon insan gətirməsini, İslam dünyasının düşmənlərini məyus etmələrini və iki dost və qardaş ölkə arasında birliyin daha da möhkəmlənməsini gözləyirik. İraq xalqının evinin qapısı Seyid əş-Şühədanın (əleyhi səlam) zəvvarlarının üzünə açıqdır."

Qeyd edək ki, Ərbəin Mədəniyyət Fəallarının 4-cü Beynəlxalq Konfransının digər proqramlarından biri də müqavimətin və sünni alimlərinin iştirakı ilə İmam Rzanın (əleyhi səlam) müqəddəs hərəminin eyvanında, Qəzza və müqavimət şəhidlərinin anım və ehtiram mərasiminin keçirilməsi olub.




Diqqət! Lütfən xəbərdən istifadə etdikdə mənbəyə istinad edəsiniz.