Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Media mənbələri Yəmən ərazisindən atılan ballistik raketin faşist sionist rejimin paytaxtı Təl-Əviv şəhərini vurduğunu bildirib.
Sionist rejim ordusu həmçinin yəmənlilərin atdığı raketin Dəmir Qübbə müdafiə sistemindən keçdikdən sonra Təl-Əviv şəhərini vurduğunu bəyanat yayaraq etiraf edib.
İbrani mediası bu raket hücumunda ən azı on beş sionistin yaralandığını və raketin vurulduğu yerin ətrafında çoxlu binaların zərər gördüyünü etiraf edib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!